MİDA bu şəhərdə 24 milyon manata yeni yaşayış kompleksi tikəcək
Naxçıvan şəhərində yeni çoxmənzilli yaşayış binalarının tikintisi ilə bağlı iri həcmli layihəyə start verilir.
BAKU.WS-in əldə etdiyi məlumata görə, "MİDA" MMC Naxçıvan şəhəri, Əliqulu Qəmküsar küçəsi ilə Babək məhəlləsinin kəsişməsində yerləşən 4,98 hektar ərazidə 6 çoxmənzilli yaşayış binası inşa edəcək.
Layihənin ehtimal olunan dəyəri 24 milyon 194 min 879 manat təşkil edir.
İşlər çərçivəsində ilk mərhələdə tikinti sahəsində genişmiqyaslı torpaq işləri görüləcək. Ərazi ekskavatorlarla qazılacaq, çıxarılan torpaq yük avtomobilləri ilə daşınacaq, əraziyə yeni torpaq gətiriləcək və buldozerlə hamarlanaraq binaların təməlinin inşasına hazırlanacaq.
Layihənin həyata keçirilməsi nəticəsində Naxçıvanda yeni yaşayış kompleksi yaradılacaq, mənzil fondu genişlənəcək və əhalinin mənzil təminatının yaxşılaşdırılması üçün əlavə imkanlar formalaşacaq. Bununla yanaşı, yeni yaşayış massivinin salınması şəhərin tikinti və şəhərsalma infrastrukturunun inkişafına da töhfə verəcək.
Oxşar xəbərlər
Abşeronda yüzminlərlə manatlıq mənzil mübahisəsi
Abşeron rayonunun Mehdiabad qəsəbəsində mənzil alan bir qrup vətəndaş evlərinə köçə bilmədiklərini bildirir. Şikayətçilərin sözlərinə görə, ərazidə beşmərtəbəli...