İçərişəhərdə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub
İçərişəhərdə idarə ilə razılaşdırılmamış tikinti-bərpa işlərinin aparılması qadağan olunub.
BAKU.WS xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə" Fərman imzalayıb.
Sənədə əsasən, qoruğun ərazisində yerləşən abidələrin korlanması və ya məhv edilməsi, İdarə ilə razılaşdırılmadan başqa yerə köçürülməsi, eləcə də onların toxunulmazlığını pozan və onlar üçün təhlükə yaradacaq tikinti-quraşdırma, bərpa, rekonstruksiya, konservasiya işlərinin və ya abadlaşdırma tədbirlərinin aparılması qadağandır.
Oxşar xəbərlər
ADY yağışlı və küləkli hava ilə bağlı çağırış edib
Azərbaycan Dəmir Yolları (ADY) ölkə ərazisində müşahidə olunan yağışlı və küləkli hava şəraitinin yarada biləcəyi çətinliklərin aradan qaldırılması üçün müvafiq...