Dünya birjalarında neft ucuzlaşdı
Dünya birjalarında neftin qiyməti yenidən ucuzlaşıb.
BAKU.WS xəbər verir ki, Londonun ICE (“Inter Continental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,78 dollar azalaraq 34,01 dollar olub.
Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 1,60 dollar ucuzlaşaraq 31,38 dollar təşkil edib.
Azərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin qiyməti 0,43 ABŞ dolları, yaxud 1,18% azalıb.
BAKU.WS "Report"a istinadla xəbər verir ki, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 36,04 ABŞ dolları təşkil edib.
Qeyd edək ki, OPEC və Rusiya arasında əməkdaşlığın sona çatması və Səudiyyə Ərəbistanı ilə Rusiya arasında neft qiymətləri uğrunda müharibənin başlaması "qara qızılın" qiymətini ucuzlaşdırır.
Oxşar xəbərlər
Bakıda əhalinin dollara tələbatının səbəbi nədir? - FOTO
Dünya bazarında neftin kəskin ucuzlaşması neft ölkələrinin valyutalarına mənfi təsir etməyə başlayıb. BAKU.WS FED.az-a istinadla xəbər verir ki, artıq qonşu Rus...