SOCAR Xəzər dənizində ilk dəfə 3D OBN seysmik tədqiqatı aparıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Xəzər dənizində ilk dəfə "Günəşli" yatağının dayazsulu hissəsində 3D OBN seysmik tədqiqatını uğurla tamamlayıb.
Bu barədə BAKU.WS SOCAR-ın "Azneft" İstehsalat Birliyinə istinadən xəbər verir.
Bildirilib ki, "Azneft İstehsalat Birliyi"nin istismar etdiyi yataqda 247,6 km² ərazini əhatə edən tədqiqat nəticəsində əldə olunan yüksək dəqiqlikli məlumatlar geoloji layların, tektonik qırılmaların və kollektorların daha ətraflı öyrənilməsinə, yatağın geoloji modelinin təkmilləşdirilməsinə və gələcək qazma hədəflərinin dəqiqləşdirilməsinə imkan verəcək.
Bu layihə SOCAR-ın Xəzər dənizində qabaqcıl geofiziki texnologiyaların tətbiqini genişləndirməsi və uzun müddətdir istismarda olan yataqların gələcək potensialını müasir texnologiyalar vasitəsilə daha dəqiq qiymətləndirməsi baxımından mühüm addımdır.
Qalereya
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti 5 %-ə yaxın artıb
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 5,5 ABŞ dolları və ya 4,61 % artaraq 124,76 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...