Azərbaycan nefti ucuzlaşdı
20
yan
2018
17:06
Dünya birjalarında neftin qiyməti ucuzlaşmaqda davam edir.Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,60 dollar ucuzlaşaraq 68,71 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Layt” markalı neftin bir barelinin qiyməti isə 0,58 dollar azalaraq 63,37 dollar olub.Azərbaycan neftinin qiyməti də ucuzlaşıb. Belə ki, “AzəriLayt” markalı neftin bir barelinin qiyməti 0,88 dollar ucuzlaşaraq 69,97 dollar təşkil edib.Xatırladaq ki, yanvarın 12-də Azərbaycan neftinin bir bareli 71,84 dollara satılıb və bu, 2014-cü il dekabrın 4-dən indiyədək maksimum qiymət göstəricisi olub.BAKU.WS
Oxşar xəbərlər
Neft bahalaşmağa başladı
Dünya birjalarında neftin qiyməti bahalaşmaqda davam edib. BAKU.WS-in məlumatına görə, Nyu-Yorkun NYMEX ("New York Mercantile Exchange”) birjasında "Layt” mark...