Dövlət büdcəsindən milyonluq yayınma edən şirkətlər (SİYAHI)

Dövlət büdcəsindən milyonluq yayınma edən şirkətlər (SİYAHI)
İqtisadiyyat 4659

 

Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat Xidmətindən BAKU.WS-ə verilən məlumata görə, hələ də bir sıra Xarici İqtisadi Fəaliyyət iştirakçıları idxal əməliyyatları zamanı qanunvericiliyin tələblərini pozaraq, malların dəyərini real qiymətindən aşağı göstərməklə dövlət büdcəsinə çatacaq gömrük vergi və rüsumları tam şəkildə ödəməkdən yayınmağa çalışır.

Bildirilir ki, dəfələrlə xəbərdarlıq edilməsinə, gömrük qanunvericiliyni pozan sahibkar və şirkətlərin adlarının ictimaiyyətə açıqlanması və digər tənbeh xarakterli tədbirlər görülməsinə baxmayaraq, bəzi işbazlar gömrük orqanları qarşısında yaranan öhdəliklərini düzgün yerinə yetirmək əvəzinə hələ də qanunsuz yollara əl atırlar. Son dövrlərdə sahibkarlar və müxtəlif şirkətlər tərəfindən idxal əməliyyatları zamanı gömrük orqanlarına təqdim edilən bir sıra invoyslar üzrə Bakı Baş Gömrük İdarəsi tərəfindən aparılan araşdırma zamanı yenə də malların dəyərindən dəfələrlə aşağı göstərildiyi müəyyən edilib.

Xarici iqtisadi fəaliyyət iştirakçısının adı

İnvoysda

göstərilən qiymət

Real qiymət

Fərq

1

"AZFAR PROCESSİNG” MMC

18685 ABŞ dolları

25000 ABŞ dolları

6315 ABŞ dolları

2

Yevsyutin Yuriy Stepanoviç

26616,14 ABŞ dolları

36973,73 ABŞ dolları

10357,59 ABŞ dolları

3

Nəbiyev İlham Kərəmullah oğlu

20735,18 ABŞ dolları

29994,03 ABŞ dolları

9258,85 ABŞ dolları

4

"SƏHLİYALI” Firması

17442,57 Avro

32192,84 Avro

14750,27 Avro

5

"ARSAN COMPANY” MMC

4800 ABŞ dolları

12000 ABŞ dolları

7200 ABŞ dolları

6

"ARSAN COMPANY” MMC

28292 ABŞ dolları

42438 ABŞ dolları

14146 ABŞ dolları

7

Rəfiyev Hüseyin Oruc oğlu

12373 ABŞ dolları

19915 ABŞ dolları

7542 ABŞ dolları

8

"ŞAM – A” MMC

19385,76 ABŞ dolları

36348,30 ABŞ dolları

16962,54 ABŞ dolları

9

"VARTEX” MMC

36875,25 ABŞ dolları

47547 ABŞ dolları

10671,75 ABŞ dolları

10

Məmmədov Rizvan Novruz oğlu

11099 Avro

23316,90 Avro

12217,9 Avro

11

"BORAS” MMC

11461.50 ABŞ dolları

41472 ABŞ dolları

30010,50 ABŞ dolları

12

"Grand Reklam” MMC

59095 ABŞ dolları

103077 ABŞ dolları

43982 ABŞ dolları

13

Esmaeil Zadeh Faridon

44349 ABŞ dolları

56658,14 ABŞ dolları

12309,14 ABŞ dolları

14

"Biznes -2017” MMC

11000 ABŞ dolları

15545 ABŞ dolları

4545 ABŞ dolları

15

"Həsənoğlu LTD "MMC

15940,45 ABŞ dolları

100414,89 ABŞ dolları

84474,44 ABŞ dolları

16

"ARMONi” MMC

66870 Avro

170191,66 Avro

103321,66 Avro

17

"SAND REGON” MMC

10274 ABŞ dolları

37000 ABŞ dolları

26726 ABŞ dolları

18

"EuroClima” MMC

94665,59 Avro

124665,59 Avro

30000 Avro

19

"Təmir Tikinti” MMC

28390 ABŞ dolları

36693 ABŞ dolları

8303 ABŞ dolları

20

"Legenda LB”MMC

44592,60 ABŞ dolları

214042,64 ABŞ dolları

169450,04 ABŞ dolları

21

"Gold Lion 999” MMC

10517 ABŞ dolları

37190,55 ABŞ dollari

26673,55 ABŞ dolları

22

"Doruk Han Group” MMC

39358,31 ABŞ dolları

51691,04 ABŞ dolları

12332,73 ABŞ dolları

23

"AZ-OIL Production Company” MMC

22050 Avro

40950 Avro

18900 Avro

24

"Planet-B” MMC

73978,50 ABŞ dolları

187875,41 ABŞ dolları

113896,91 ABŞ dolları

25

"Səma İstehsal-Kommersiya” MMC

52187,65 ABŞ dolları

64408,50 ABŞ dolları

12220,85 ABŞ dolları

26

"Çıraq İnşaat " MMC

27423,71 ABŞ dolları

62323,72 ABŞ dolları

34900,01 ABŞ dolları

27

"Tiko Group” MMC

52127,55 ABŞ dolları

81380,12 ABŞ dolları

29252,57 ABŞ dolları

28

"Diqlas Kvant” MMC

18020 ABŞ dolları

20070 ABŞ dolları

2050 ABŞ dolları

29

"Relax”MMC

10316,68 ABŞ dolları

32100,01 ABŞ dolları

212783,33 ABŞ dolları

30

"Turkuaz-LL " MMC

27220 ABŞ dolları

35220 ABŞ dolları

8000 ABŞ dolları

31

"Trade Imports” MMC

22084,28 ABŞ dolları

146600 ABŞ dolları

124515,72 ABŞ dolları

Cəmi

969733,21 ABŞ dolları

2023414,82 ABŞ dolları

1053684,61 ABŞ dolları

Cədvəldən də göründüyü kimi ümumilikdə, 1053684.61 ABŞ dolları vəsaitin gömrük vergi və rüsumlarına cəlb olunmasından yayındırılmağa cəhd göstərildiyi müəyyən edilib.

DGK bir daha xatırladır ki, ölkənin gömrük orqanları və gömrük əməkdaşları gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin fiziki, kimyəvi, bioloji və digər əlamətləri ilə yanaşı, onun dəyərini müəyyən etmək üçün də müvafiq alət, mexanizm və biliklərə malikdir. DGK bu halların qarşısının alınması üçün daim qətiyyətli addımlar atır və bildirir ki, gələcəkdə dövlət büdcəsinə çatacaq vəsaiti ödəməkdən yayınmağa cəhd göstərən fiziki və hüquqi şəxslər haqqında qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülməklə yanaşı onların adları da mütəmadi olaraq ictimaiyyətə açıqlanacaq.

BAKU.WS

Son xəbərlər