Bakı Neft Emalı Zavodu təmirə dayanacaq - VİDEO

29
apr
2019
22:45
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodu təmirə dayandırılacaq.BAKU.WS Xəzər TV-yə istinadən xəbər verir ki, təmir işlərinə bu ilin oktyabrından başlanılması nəzərdə tutulur.SOCAR-ın İçtimaiyyətlə əlaqələr və Tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədovun sözlərinə görə, təmir işləri ümumilikdə 1 ay müddətində aparılacaq.Amma təmir aparılan müddətdə zavod tamamilə fəaliyyətini dayandırmayacaq. Bəzi avadanlıqlar işlək vəziyyətdə olacaq.Zavodda təmir aparılan müddətdə istifadə olunacaq məhsulun bir hissəsi qabaqcadan tədarük olunur. Ehtiyat məhsul bir ayın tələbatını qarşılayacaq, qalan hissəsi isə idxal olunacaq.İbrahim Əhmədov qeyd edib ki, təmir işləri apararkən ölkəyə təxminən 73 min ton benzinin idxal nəzərdə tutulur.
Oxşar xəbərlər
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb.BAKU.WS bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İc...
