SOCAR-dan benzin və dizellə bağlı vacib açıqlama
04
dek
2018
14:09
Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda Avro-5 standartlı benzinin istehsalı 2021-c ilin əvvəlindən mümkün olacaq.BAKU.WS xəbər verir ki, bunu Trend-ə SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İbrahim Əhmədov deyib.O bildirib ki, dizel kompleksinin müasirləşdirilməsi üzrə işlərin 2020-ci ilin sonunadək başa çatması planlaşdırılır.İ.Əhmədovun sözlərinə görə, həmin işlər daxili bazarı Avro-5 standartlı yanacaqla təmin etməyə imkan verəcək:"Buraya, ilk növbədə, dizel yanacağı aiddir. Müasirləşmə həmçinin Avro-5 standartına uyğun 92-95-98 oktanlı benzin istehsal etməyə imkan verəcək".O əlavə edib ki, istehsal olunan məhsul tam şəkildə daxili bazarda tələbatı təmin edəcək, qalan həcmlər isə ixrac olunacaq.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycanda "Avro - 5" standartına uyğun dizel istehsal ediləcək - Tarix açıqlandı (VİDEO)
Azərbaycanda yüksək oktanlı yanacaqların istehsalı ilə bağlı tədbirlər həyata keçirilir.Bu çərçivədə Heydər Əliyev adına Bakı Neft Emalı Zavodunda yenidənqurma...