Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb
15
mar
2019
18:43
Azərbaycan Bakı-Novorossiysk boru kəməri ilə neft nəqlini dayandırıb.BAKU.WS bildirir ki, bunu Trend-ə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib.İ.Əhmədov bildirib ki, bu, boru kəmərində planlı yoxlama və təmir işləri ilə əlaqədardır:"Biz Bakı-Novorossiysk kəmərində mütəmadi yoxlama işləri aparırıq. Hər hansı bir nöqsan və ya risk aşkarlanarsa, zəruri təmir işləri görülür".SOCAR nümayəndəsi qeyd edib ki, şirkətin ixrac öhdəliklərinin icrası üçün Bakı-Novorossiysk ilə tədarük olunan neft Bakı-Tbilisi-Ceyhan kəmərinə yönləndirilib:"Şaxələndirilmiş boru kəməri sistemimiz sayəsində biz neftin müəyyən həcmini digər kəmərlərə yönləndirə bilirik ki, ixrac öhdəliklərimizi yerinə yetirək".BAKU.WS
Oxşar xəbərlər
TANAP-la 198 mln. kubmetr qaz nəql edilib
Bu günədək Trans-Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) vasitəsilə Türkiyəyə 198 mln. kubmetr “Şahdəniz” qazı nəql edilib.Bu barədə SOCAR-ın I vitse-prezienti Xo...