Zəlzələyə görə Bakı-Novorossiysk ilə neft ötürülməsi dayandırıldı
01
avq
2016
13:15
Bakı-Novorossiysk boru kəməri ilə neft ötürülməsi hazırda səhər saatlarında Azərbaycanda baş vermiş zəlzələdən sonra yoxlamalar aparılması məqsədilə dayandırılıb. Trend-in məlumatına görə, bu barədə RİA Novosti-yə "Transneft"in başçısının müşaviri İqor Demin deyib.
Qeyd edək ki, Trend-ə Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, İmişli rayonunda yeraltı təkanlar yerli vaxtla saat 08:46:36-da qeydə alınıb. Zəlzələ yaxin ərazilərdə 5 bala kimi hiss olunub.
BAKU.WS
Oxşar xəbərlər
İmişlidə 3-cü dəfə zəlzələ oldu
İmişli rayonunda üçüncü dəfə zəlzələ olub. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS-ə verilən məlumata gör...