Zəlzələ zamanı bəzi evlərdə çatlar əmələ gəlib

Zəlzələ zamanı bəzi evlərdə çatlar əmələ gəlib
Hadisə 1680

 

İmişli rayonunda baş verən zəlzələ zamanı bəzi yaşayış evlərində və iaşə obyektlərində dağıntılar və çatlar əmələ gəlib. 

BAKU.WS-in "Report"a istinadla verdiyi məlumata görə, zəlzələ zamanı Rayon İaşə Birliyinin binasının bir hissəsi dağılıb.

İlkin məlumatlara görə, rayonun Depo məhəlləsində iki fərdi yaşayış evində çatlar əmələ gəlib.

Qeyd edək ki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, yeraltı təkanlar yerli vaxtla saat 08:46-da İmişlidə qeydə alınıb.

Zəlzələnin maqnitudası 5.6, dərinliyi 19 km olub. Zəlzələ ətraf rayonlarda 4 bala qədər hiss olunub.

BAKU.WS

Oxşar xəbərlər

Qarabağda zəlzələ oldu

Qarabağda zəlzələ oldu

Ağdamda zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən BAKU.WS verilən xəbərə görə, yeraltı təkanlar...

1254 Hadisə 12:05 16 iyul 2016

Son xəbərlər