"The Washington Times": Avropa Azərbaycana xilaskar kimi baxır

The Washington Times: Avropa Azərbaycana xilaskar kimi baxır
İqtisadiyyat 958

"Əgər siz son zamanlar dünya xəbərlərini izləyirsinizsə, sizdə təəssürat yarana bilər ki, Avropanın energetika təhlükəsizliyi tükdən asılıdır. İŞİD terror təşkilatının yaranması, Fars körfəzində artan gərginlik, Liviyanın və Yəmənin dağılması, Ukraynada sönməyən müharibə ocağı – bütün bunlar qlobal enerji resurslarlarının təhlükəsizliyinin kövrək olduğunu güman etməyə imkan verir. Ancaq Azərbaycan enerji resurslarları hesabına Avropa Birliyinə etibarlı enerji təchizatı zəmanəti verə bilər".

BAKU.WS-in məlumatına görə, bu barədə nüfuzlu "The Washington Times" qəzeti yazıb. Nəşr qeyd edir ki, Azərbaycan 20 ildən çoxdur ki, Qərbin etibarlı enerji sahəsində tərəfdaşıdır. 2006-cı ildən başlayaraq demək olar ki, hər gün milyonlarla barel xam neft "Bakı-Tiflis-Ceyhan" boru kəməri vasitəsilə Avropaya, ABŞ-a və İsrailə ixrac edilir.

Amma hazırda ən vacibi beynəlxalq şirkətlər tərəfindən tikinti işləri aparılan Cənub qaz dəhlizidir. Bu qaz kəməri şəbəkəsi "Şahdəniz" yatağından, Xəzər dənizinin sahillərində başlanacaq. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Trans Adriatik Boru Xətti layihəsində böyük tərəfdaşdır və bununla yanaşı, Trans Anadolu boru xəttini (TANAP) idarə edəcək. 

Demək olar ki, Qafqaz ölkələri arasındakı iqtisadiyyatın 80%-lik payına sahib olan və regionda böyük rol oynayan layihələr həyata keçirən Azərbaycan bu gün Avropanın sadiq strateji müttəfiqi olaraq qalır. Dünyada baş verən iqtisadi böhranlar sübut etdi ki, Avropa Birliyinin qaz tələbatını ödəyə bilmək üçün sabit tərəfdaşa ehtiyacı var. 

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Abonentlərə işıq xəbərdarlığı

Abonentlərə işıq xəbərdarlığı

"Azərişıq” ASC-nin fəaliyyəti dövründə debitor borcu yaranmış abonentlərin elektrik enerjisi təchizatı avqustun 28-də, saat 12:00-dan etibarən müvafiq qanunveri...

1877 Sosial 14:09 26 avqust 2015

Son xəbərlər