Azərbaycan Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib
28
mar
2018
14:39
Azərbaycan Turizm Assosiasiyasının yeni komitəsi təsis edilib.Bu barədə Assosiasiyanın idayə heyətinin üzvü Göydəniz Qəhrəmanov məlumat verib.“AZTA –nın idarə heyətinin qərarı ilə turizm bələdçiləri ilə iş üzrə komitə yaradılıb. Yeni komitənin artıq ilk iclası keçilib. İclasda əsasən inzibatı məsələlər müzakirə olunub. Yeni yaranmış bələdçilərlə iş üzrə komitənin rəhbəri Samirə Quliyeva seçilib”, - Göydəniz Qəhrəmanov bunu deyib.Samirə Quliyeva Guide Services şirkətinin rəhbəridir. Beləliklə, Azərbaycan Turizm Assosiasyasının artıq 5 komitəsi fəaliyyət göstərir – gəlmə turizm üzrə, getmə turizm üzrə, nəqliyyat məsələli üzrə, otellərlə iş üzrə və bələdçilərlə iş üzrə.BAKU.WS
Oxşar xəbərlər
“Azərbaycan Hava Yolları” və “Silk Way Travel” Moskvada MITT-2018 turizm sərgisində iştirak edib
Moskvada milli aviadaşıyıcı "Azərbaycan Hava Yolları" və AZAL-ın əsas tərəfdaşı – “Silk Way Travel” turizm agentliyinin də iştirak etdiyi "Səyahət və turizm" MI...