AZAL Azərbaycan Turizm Assosiasiyasının İdarə Heyətinin üzvü oldu
20
okt
2017
10:44
Azərbaycanda ilk dəfə olaraq özəl və dövlət sektoru turizm sektorunun inkişafı üçün tərəfdaşlıq qurub. Azərbaycanın milli hava daşıyıcısı bu gün Azərbaycan Turizm Assosiasiyasının (AZTA) idarə heyətinin üzvü olub. "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən BAKU.WS-ə verilən məlumata görə, sazişi "Azərbaycan Hava Yolları" QSC-nin vitse-prezidenti, AZAL sərnişindaşıma şirkətinin icraçı direktoru Eldar Hacıyev və AZTA-nın sədri Nahid Bağırov imzalayıblar.Assosiasiyanın tərkibinə aviaşirkətin daxil olması ilk dəfədir – indiyə kimi Azərbaycan Turizm Assosiasiyasının üzvləri sırasına turizm şirkətləri və otellər daxil olub. AZAL Assosiasiyaya üzv olmaqla yanaşı AZTA-nın idarə heyətinə tərkibinə də daxil olmuşdur və burada aviasiya nəqliyyatının fəaliyyətini əlaqələndirəcəkdir. AZAL-ın Azərbaycan Turizm Assosiasiyasında fəaliyyəti ölkədə turizm sənayesinin əsas iştirakçıları - turizm şirkətləri, otellər və aviasiya sahəsinin fəaliyyətinin üçtərəfli əlaqələndirilməsinin formalaşdırılması deməkdir. Turizm şirkətləri, otellər və aviasiya sahəsinin iştirakı olmadan lazımi keyfiyyəti təmin etmək mümkün deyil. AZAL aviaşirkətinin Azərbaycan Turizm Assosiasiyasının idarə heyətinin tərkibinə daxil olması və assosiyasiyanın üzvü olması dövlət başçısı tərəfindən turizm sektorunun inkişafının təmin edilməsi və beynəlxalq standartlara uyğunlaşdırılması üçün turizm sektorunun iştirakçıları qarşısında qoyduğu məqsədlərdən birinə nail olmaq deməkdir. Bundan sonra, turizm sənayesinin üç əsas aparıcı qüvvəsi əlaqələndirilmiş fəaliyyət göstərəcək. Bu fəaliyyət Azərbaycana turist axınını təmin etməklə yanaşı, turizmin bütün istiqamətlərinin inkişafına imkan verəcək ki, bu da əhalinin məşğulluğunun təmin olunması üçün əlavə təkan olacaq. BAKU.WS
Oxşar xəbərlər
Bakıda fəaliyyət göstərən "Discovery travel” şirkəti turistlərin 100 min dollarını oğurladı
Azərbaycanda fəaliyyət göstərən "Discovery travel” adlı turizm şirkətinin işçisi Nərminə Əliyeva turistlərin 100 min dollardan artıq pulunu mənimsəyib. "Disco...