Əbülfəs Qarayev: Azərbaycanda üç turistik zona açılacaq
31
yan
2018
14:06
"Son illər regionlarda üç ulduzlu otellərin tikintisinə üstünlük verilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə üç yeni turizm zonasının layihələndirilməsi üzərində işləyir"BAKU.WS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib.Nazir bildirib ki, yeni turizm zonaları Xızı-Nabran, Quba və Qusarda yerləşir. “Turizm zonalarının layihələndirilməsi işləri bu ilin ortasına kimi davam edəcək. Bundan sonra isə onun icrasından danışmaq olar. Həmin turizm zonalarında təşviq olunacaq bütün imtiyazlar 3 və 4 ulduzlu hotellərin, ümumiyyətlə, turizm infrastrukturunun qurulmasına imkan yaratmalıdır”, - deyə nazir qeyd edib.BAKU.WS
Oxşar xəbərlər
Səkkiz ay ərzində turistlər Azərbaycanda nə qədər xərclədi? — NAZİR RƏQƏM AÇIQLADI
Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb.Mədəniyyət və Turizm Nazirliyindən verilən məluma...