Səkkiz ay ərzində turistlər Azərbaycanda nə qədər xərclədi? — NAZİR RƏQƏM AÇIQLADI
11
okt
2017
21:31
Ötən ilin 9 ayı ilə müqayisədə bu ilin müvafiq dövründə ölkəmizə gələn xarici turistlərin sayı 20,9 faiz artıb.Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, bunu nazir Əbülfəs Qarayev Turizm Şurasının növbəti iclasında deyib.Onun sözlərinə görə, bu müddətdə Azərbaycana səfər edən xarici turistlərin sayı 2 milyon 71 min 918 nəfər təşkil edib:“Bu ilin ilk yeddi ayında xarici turistlərin ölkəmizdə bank əməliyyatları ötən illə müqayisədə 97 faiz artaraq 703 milyon manatdan çox olub. Ümumilikdə isə cari ilin 8 ayında xarici turistlər ölkəmizdə 1 milyard 300 milyon manat vəsait xərcləyib. Yerli turistlərin 8 ayda xarici ölkələrdə xərclədiyi məbləğ isə 1 milyard 200 milyon manat olub. Son bir neçə il ərzində qurulan turizm infrastrukturunun nəticəsidir ki, hazırda bu sahədə 46 min nəfər çalışır. Bura 60 min nəfərdən çox mədəniyyət sahəsində çalışanları da əlavə etsək, ümumilikdə 100 min nəfərdən çox insan turizm sahəsinə xidmət edir”.Nazir bildirib ki, yay mövsümündə regionlardakı hotellərdə və mehmanxana tipli obyektlərdə 860 mindən çox yerləşdirmə olub:“Bu ilin 8 ayında isə bu göstərici 1 milyon 294 min nəfərdən artıqdır. Bu istiqamətdə tədbirlər daha da gücləndiriləcək. Biz ölkəmizə gələn xarici turistlərin sayının artırılması, onlara göstərilən xidmətlərlə yanaşı, yerli vətəndaşların da ölkə daxilində mənalı istirahətinin təşkili üçün addımlar atmalıyıq”.BAKU.WS
Oxşar xəbərlər
Bu il Azərbaycana 2 milyona yaxın turist gəlib
Bu il Azərbaycana 1 818 258 xarici vətəndaş gəlib.BAKU.WS xəbər verir ki, bu barədə Mədəniyyət və Turizm Nazirliyi açıqlama yayıb. Məlumata görə, Azərbaycana ya...