Əbülfəs Qarayev: "Yayda Bakıda və bölgələrdə hotellərin əksəriyyəti dolu olub”
22
sen
2017
13:45
“Bu gün Azərbaycanda turizm sektoru sürətlə inkişaf edir. Xarici ölkələrdən gələn turistlərin sayı artmaqdadır. Təkcə bir faktı qeyd etmək istəyirəm ki, bu ilin yay turizm mövsümündə həm paytaxt Bakıda, həm də bölgələrdə hotellərin əksəriyyəti dolu olub”.APA-nın məlumatına görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev Kürdəmirdə vətəndaşlarla görüşü zamanı deyib. Nazir bildirib ki, turist axını artdığına görə, yeni turizm obyektlərinin açılması istiqamətində işlər aparılmalıdır : “Məndə olan məlumata görə, Kürdəmir rayonunda da bir neçə hotelin tikintisi aparılır”.Bakıda və regionlarda kino nümayişinin həyata keçirilməsi işindən də danışan nazir əlavə edib ki, bu istiqamətdə görülən tədbirlər yerlərdə milli filmlərin daha geniş təbliğ olunmasına, eləcə də əhalinin asudə vaxtını səmərəli keçirməsinə xidmət edəcək. Qeyd edək ki, qəbulda Kürdəmir, Beyləqan, İmişli, Füzuli və Xocavənd rayonlarından vətəndaşlar iştirak edib.BAKU.WS
Oxşar xəbərlər
Əbülfəs Qarayev İranın vitse-prezidenti ilə görüşdü - FOTO
İranda Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi ilə əlaqədar bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev iyulun 3-də İr...