Azərbaycan Turizm Asossiasiyası hindistanlı həmkarları ilə əməkdaşlıq Memorandum imzalanıb
02
fev
2018
17:18
Azərbaycan Turizm Asossiasiyası (AZTA), Mədəniyyət və Turizm Nazirliyininin dəstəyi ilə, ilk dəfə olaraq Dehli şəhərində keçirilən Beynəlxalq Turizm Sərgisi – SATTE 2018 sərgisində iştirak edir. Sərgidə Azərbaycanı, assosiasiyanın üzvləri olan 20 yerli şirkət təmsil edir.Sərgi çərçivəsində Azərbaycan Turizm Asossiasiyası (AZTA) və Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb.Azərbaycan Turizm Asossiasiyasının sədri Nahid Bagırov imzalama zamanı qeyd edib ki, bu əməkdaşlıq qarşılıqlı turizm axınının artımına, həmçinin ölkələr arasında iqtisadi münasibətlərin inkişafına təkan verəcək.“Bizim assosiasiyamız otellər, turizm şirkətləri və aviaşirkətlərdən ibarətdir. Azərbaycanın milli aviaşirkləti olan AZAl-da bizim təşkilatın üzvüdür, bundan başqa təxminən 242 turzim şirkəti və 110 otel aktiv üzvlərimiz var. Buna görə də, əməkdaşlığımızın uğurlu olacağına ümid edirəm”, – Nahid Bağırov deyib.İmzalanma zamanı həmçinin Razeen Hasanın Azərbaycan Turizm Assosiasiyasının Hindistanda nümayəndəsi seçilməsi məsələsi müzakirə olunub və təstiqlənib.Görüşün nəticəsi olaraq Assosiasiya rəhbərlərinin növbəti görüşünün may ayında Bakıda keçirilməsi qərara alınıb. Hindistanın Turizm Agentlikləri Assosiasiyası (TAAİ) 1951-ci ildə 12 aparıcı turizm şirkəti tərəfindən təsis edilib. Hazırda Assosiasiyaya 2500-dən çox üzv daxildir. Təşkilatın üzvləri sırasına dövlət və qeyri dövlət üzvləri daxildir.BAKU.WS
Oxşar xəbərlər
Əbülfəs Qarayev: Azərbaycanda üç turistik zona açılacaq
"Son illər regionlarda üç ulduzlu otellərin tikintisinə üstünlük verilir. Hazırda Mədəniyyət və Turizm Nazirliyi beynəlxalq tenderin nəticəsi olaraq üç şirkətlə...