Zəlzələdən təsirlənən Özcan Deniz gecəni villasının önündə qurduğu çadırda keçirdi
Ötən gün İstanbulda yaşanan 6.2 bal gücündə zəlzələdən sonra Özcan Deniz gecəni həyat yoldaşı ilə brilikdə çadırda keçirib.
BAKU.WS xəbər verir ki, sənətçi həyat yoldaşı ilə birlikdə villasının həyətində çadır quraraq orada gecələyib. Bu barədə sənətçinin həyat yoldaşı Samar Dadqar sosial şəbəkə hesabında görüntülər paylaşıb. O zəlzələ olduğuna görə çadırda gecələməli olduqlarını qeyd edib.
Xatırladaq ki, ötən gün qonşu ölkədə yaşanan zəlzələ vətəndaşlar arasında böyük panikaya səbəb olub. Onların bəziləri qaldıqları binaların həyətində çadırlara quraraq, bəziləri isə stadionlara sığınaraq gecəni orada keçiriblər.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....