UNICEF: 2026-cı ildə 200 milyondan çox uşaq humanitar yardıma möhtac olacaq
Yeniliklərdən dərhal xəbərdar olun
UNICEF-in icraçı direktoru Ketrin Rassell bildirib ki, dünyada münaqişələr, iqlim dəyişiklikləri, iqtisadi qeyri-sabitlik və bərabərsizlik uşaqlara ciddi təsir göstərir.
BAKU.WS xəbər verir ki, onun sözlərinə görə, 2026-cı ildə 130-dan çox ölkədə 200 milyondan artıq uşaq humanitar yardıma ehtiyac duyacaq.
Rassell qeyd edib ki, son 30 ildə uşaq sağlamlığı sahəsində irəliləyiş əldə olunsa da, 2025-ci il uşaq ölümlərinin artdığı ilk il kimi tarixə düşə bilər. O, ötən il uşaqlara qarşı ağır hüquq pozuntularının rekord həddə çatdığını da vurğulayıb.
UNICEF rəsmisi əlavə edib ki, milyonlarla uşaq qidalanma çatışmazlığından əziyyət çəkir və vəsaitlərin azalması vəziyyəti daha da ağırlaşdırır. Təşkilat böhran şəraitində yaşayan ən həssas uşaqlara dəstəyin davam etdirilməsinin vacibliyini bildirib.
Oxşar xəbərlər
Putin və Tramp Çində Rusiya-Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər
Rusiya və ABŞ Prezidentləri Vladimir Putin və Donald Tramp Çindəki APEC sammitində planlaşdırılan ikitərəfli görüşdə Moskva ilə Kiyev arasında münaqişəsinin niz...