Ukraynada azərbaycanlı dron hücumu nəticəsində həlak olub
04
okt
2025
11:10
Donetsk vilayətinin Konstantinovka şəhərinin azərbaycanəsilli sakini, əslən Xaçmaz şəhərindən olan, 1968-ci il təvəllüdlü Abbasov Müzəffər Sabir oğlu Rusiyanın dron zərbəsi nəticəsində həlak olub.
BAKU.WS report-a istinadən xəbər verir ki, dron M.Abbasov şəxsi avtomobilində gedərkən onun üzərinə düşüb.
Onun nəşi dəfn üçün Azərbaycana göndərilib.
M.Abbasov Ukrayna vətəndaşı olub, Konstantinovkada yaşayıb.
Qeyd edək ki, Konstantinovka şəhəri hazırda aktiv döyüş əməliyyatları zonasıdır.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....