Türkiyəyə qar yağıb

Türkiyəyə qar yağıb
Foto
Dünya 56

Türkiyənin bəzi yüksək dağlıq bölgələrində may ayında qar yağışı müşahidə olunub.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Erzincan şəhərinin yüksək hissələrində, xüsusilə dəniz səviyyəsindən 2160 metr yüksəklikdə yerləşən Sakaltutan keçidində qar yağıb. Yağıntı nəticəsində yol kənarları və ətraf ərazilər qismən ağ örtüyə bürünüb. Şəhər mərkəzində isə fasilələrlə yağış yağdığı bildirilib.

Eyni zamanda Bayburt-Erzurum avtomobil yolunda yerləşən və 2409 metr yüksəklikdə olan Kop dağı keçidində də qar yağışı qeydə alınıb. Bölgədə hava temperaturunun mövsüm normallarından aşağı olduğu vurğulanıb.

Meteorologiya xidmətinin açıqlamasında qeyd olunub ki, bölgə üzrə parçalı və çox buludlu hava şəraiti davam edəcək, bəzi ərazilərdə yağış və leysan gözlənilir. Yüksək dağlıq zonalarda isə sulu qar və qar yağacağı ehtimal edilir.

Bundan əlavə, yüksək qar örtüyünün olduğu dik yamaclarda uçqun təhlükəsinin mövcud olduğu bildirilib və vətəndaşlara ehtiyatlı olmaq tövsiyə olunub.

Türkiyəyə qar yağıb

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Hantavirusla bağlı yeni YOLUXMALAR

Hantavirusla bağlı yeni YOLUXMALAR

Avropada son günlər hantavirusla bağlı aşkarlanan yeni yoluxma halları narahatlıq yaradıb. Xüsusilə İsveçrədə təsdiqlənən  infeksiya sonrası səhiyyə qurumları t...

0 Dünya 11:31 07 may 2026

Son xəbərlər