Türkiyədəki İsrail konsulluğuna hücum olub
07
apr
2026
14:51
Türkiyənin İstanbul şəhərinin Beşiktaş rayonunda İsrail konsulluğuna silahlı hücum olub.
BAKU.WS Türkiyə mətbuatına istinadən xəbər verir ki, hadisə zamanı atəş səsləri eşidilib və dərhal əraziyə çox sayda polis cəlb edilib.
Hadisə nəticəsində bir polis əməkdaşının yaralandığı bildirilir. Məlumata görə hadisəni törədənlərdən ikisi öldürülüb, ikisi isə yaralı halda ələ keçirilib. Hücumun təfərrüatları və səbəbləri barədə rəsmi qurumlar tərəfindən araşdırma aparılır.
Oxşar xəbərlər
Putin: Yaxın Şərqdə mürəkkəb vəziyyət yaranıb
Yaxın Şərqdə yaranmış vəziyyət problemə çevrilib. BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkə prezidenti Vladimir Putin Türkmənistanda iranlı həmkarı...