Tramp və Mask barışdılar- Vasitəçinin adı məlum oldu

Tramp və Mask barışdılar- Vasitəçinin adı məlum oldu
Dünya 50

ABŞ-nin vitse-prezidenti Cey Di Vens Prezident Donald Tramp ilə iş adamı İlon Mask arasında münasibətlərin normallaşmasında həlledici rol oynayıb.

BAKU.WS xəbər verir ki, bu barədə "The Washington Post" nəşri məlumat yayıb.

Qəzetin yazdığına görə, Vens və onun komandası Maskın ABŞ-də "Amerika" adlı üçüncü siyasi partiya yaratmaq planlarının 2026-cı il Konqres seçkilərində və sonrakı dövrlərdə respublikaçıların mövqelərinə ciddi zərbə vura biləcəyindən narahat olub. Bu səbəbdən vitse-prezident şəxsən İlon Maskla əlaqə saxlayıb və onu bu təşəbbüsdən imtina etməyə razı salmaq üçün sahibkarın yaxın çevrəsini də prosesə cəlb edib.

"Müfəssəl məlumatları indiyədək açıqlanmayan və aylarla davam edən Vens və Ağ Ev rəsmilərinin kampaniyası nəticə verib", -deyə məlumatda qeyd olunub.

Nəticədə İlon Mask yeni siyasi qüvvə yaratmaq ideyasından geri çəkilib. Bundan az sonra, noyabr ayında o, Ağ Evdə keçirilən qəbulda iştirak edib. Tədbir Səudiyyə Ərəbistanının vəliəhdi şahzadəsi Məhəmməd bin Salmanın şərəfinə təşkil olunub.

Son xəbərlər