Tramp NATO ilə bağlı gözlənilməz problemlə üzləşib
Respublikaçılar Partiyasının bir çox üzvü Ağ Ev rəhbəri Donald Trampın ABŞ-nin NATO-dan çıxması ilə bağlı niyyətini dəstəkləmir.
BAKU.WS xəbər verir ki, bu barədə "The Wall Street Journal" yazıb.
ABŞ Senatında çoxluğun lideri Con Tyun bildirib ki, partiya daxilində NATO-nu mühüm və uğurlu alyans hesab edən çox sayda siyasətçi var.
Onun sözlərinə görə, bu təşkilat İkinci Dünya Müharibəsindən sonra yaradılıb və müasir dünyada müttəfiqlərə ehtiyac hələ də qalmaqdadır.
Digər ABŞ rəsmilərinin sözlərinə görə, Tramp öz müşavirləri ilə ABŞ-nin hərbi blokdan çıxması ehtimalını müzakirə edib. Bu addımın, müttəfiqlərin Hörmüz boğazının yenidən açılmasına kömək etməməsi halında atıla biləcəyi qeyd olunur.
Oxşar xəbərlər
Türkiyədə ağır qəza: 3 nəfər ölüb, 5 nəfər yaralanıb
Türkiyənin Şimali Marmara magistral avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. BAKU.WS-in "Haber Global"a istinadən verdiyi məlumata görə, qəza ma...