Tramp Əraqçinin İran və ABŞ-ın razılaşmanı yekunlaşdırmağa yaxın olduğuna dair mövqeyini bölüşür
12
iyn
2026
20:48
ABŞ Prezidenti Donald Tramp İranın xarici işlər naziri Abbas Əraqçinin iki ölkə arasında razılaşmaya dair mövqeyini bölüşür.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, Tramp özünün "Truth Social" hesabında İran XİN rəhbərinin açıqlamasını yayıb.
Qeyd edək ki, Əraqçi "X" hesabında İslamabad Anlaşma Memorandumunun heç vaxt olmadığı qədər yekunlaşmağa yaxın olduğunu bildirib.
Nazir yekun razılaşma təsdiqlənənə qədər medianı fərziyyələrdən çəkinməyə çağırıb. Əraqçi bütün detalların lazımi vaxtda ictimaiyyətin diqqətinə çatdırılacağını vurğulayıb.
Oxşar xəbərlər
Şahbaz Şərif: ABŞ və İran sülh sazişinin mətnini yekun olaraq razılaşdırıblar
ABŞ və İran münaqişənin dayandırılmasına dair sazişin yekun mətnini razılaşdırıblar, rəsmi İslamabad isə hazırda onun imzalanması prosedurunu başa çatdırmaq üçü...