Şakira ABŞ-də qorxu içində yaşayır - SƏBƏB
Məşhur müğənni Şakira etirafı ilə təəccübləndirib.
BAKU.WS xəbər verir ki, ABŞ prezidenti prezident Donlad Trampın miqrantlarla bağlı siyasətinə münasibət bildirən sənətçi qorxu içində yaşadığını dilə gətirib.
O, bu barədə BBC-yə verdiyi müsahibədə qeyd edib.
4 dəfə "Grammy" qazanan ifaçı "Bu mütəmadi olaraq qorxu içində yaşamaq deməkdir. Bunu hiss etmək və yaşamaq çox kədərlidir"- deyə, qeyd edib.
"Daha yaxşı bir gələcək qurmaq üçün bu ölkəyə gələn digər kolumbiyalı miqrantlar kimi mən də ABŞ-yə köçəndə cəmi 19 yaşım var idi. İndi həmişəkindən daha çox birliyə ehtiyacımız var. Əvvəlkindən daha çox səsimizi yüksəltməliyik. Bu ölkənin miqrantlarla bağlı siyasətini dəyişə biləcəyini açıq şəkildə ortaya qoymalıyıq" - deyə müğənni əlavə edib.
Xatırladaq ki, 12 illik sevgilisindən ayrılan Şakiranın Saşa və Milan adlı iki oğlu var.
Qalereya
Oxşar xəbərlər
Rusiya ordusu Zaporojyeyə zərbələr endirdi: Ölənlər və yaralananlar var
Rusiya ordusu iyulun 15-də Ukraynanın Zaporojye zərbələr endirib. İlkin məlumatlara görə, iki nəfər ölüb, daha doqquz şəhər sakini yaralanıb. BAKU.WS Oxu.Az-a i...