Rusiya PUA-ları bu dəfə Rumıniya səmasında göründü
Yeniliklərdən dərhal xəbərdar olun
Rumıniya Hərbi Hava Qüvvələri ölkənin hava məkanı üzərində pilotsuz uçuş aparatları vurub.
BAKU.WS Oxu.Az-a istinadən xəbər verir ki, iki F-16 qırıcı təyyarəsi Feteşti aviabazasından təhlükəyə cavab vermək üçün qalxıb.
Dronların İran istehsalı olan və hazırda Rusiya ordusunun Ukraynaya qarşı geniş şəkildə istifadə etdiyi "Şahed" PUA-ları olduğu bildirilir.
Xatırladaq ki, sentyabrın 10-da Polşa Rusiya PUA-larının Ukraynaya qarşı genişmiqyaslı hücum zamanı ölkənin hava məkanını pozduğunu açıqlamış və onların zərərsizləşdirildiyini bildirmişdi.
Oxşar xəbərlər
Kainatda qeyri-adi qalaktika kəşf edildi - 99,98 faizi qara maddədən ibarətdir
Astronomlar kainatda indiyədək diqqət çəkən ən qeyri-adi qalaktikalardan birini aşkar ediblər. CDG-2 adlandırılan qalaktikanın ümumi kütləsinin 99,94–99,98 faiz...