Rumıniyada ukraynalı pilotların "F-16"larda təliminə başlanılıb
Bir qrup ukraynalı pilot Rumıniyada "F-16" qırıcıları ilə təlimlərə başlayıb.
"Report" xəbər verir ki, bu barədə Ukrayna KİV ölkənin müdafiə naziri Rustem Umerovun bəyanatına istinadən məlumat yayıb.
"Ukrayna səmasında "F-16"lar da çoxalacaq: bir qrup pilotumuz artıq Rumıniyada təlim keçir.
Rumıniyalı həmkarıma, onun ölkəsinin xalqına və hökumətinə hava hücumundan müdafiə sistemimizi dəstəklədiyinə və gücləndirdiyinə görə təşəkkür etdim", - o deyib.
Umerov qeyd edib ki, Ukrayna tezliklə rumıniyalı tərəfdaşlardan yeni "Patriot" hava hücumundan müdafiə sistemi alacaq.
Xatırladaq ki, bu ilin iyul ayında Rumıniyada yerləşən Avropa F-16 təlim mərkəzində artıq ilk ukryanalı pilotlar qrupuna təlim keçirilib.
Oxşar xəbərlər
Paşinyan ölkəsindəki korrupsiyaya həll yolunu "tapdı": "Ermənistan vətəndaşı Tanrıya inanmalıdır"
"Bu gün "inanclı" sözü hələ də mənfi mənada qəbul edilir, çünki bir inanclılar var, bir də sadəcə normal vətəndaşlar var". BAKU.WS Oxu.az-a istinadən xəbər veri...