Özcan Denizin heç yerdə görünməyən toy fotoları yayıldı
Müğənni Özcan Denizin toyundan görülməyən yeni fotoları yayılıb.
BAKU.WS xəbər verir ki, 2023-cü ildə ailə quran Samarla Özcanın evliliyindən artıq iki il ötür. Bu səbəblə sənətçinin həyat yoldaşı Samar Dadqar sosial şəbəkə hesabında toyda lentə alınan bəzi fotoları ilk dəfə paylaşıb.
O şəkillərə "Evliliyimizin 2-ci ili mübarək, sevgilim. Səni çox sevirəm və birlikdə paylaşdığımız hər an üçün minnətdaram. Həyatımı tamamladın" sözlərini əlavə edib.
Xatırladaq ki, Özcan Deniz 2018-ci ildə Feyza Aktanla ailə qurub. Cütlük tez zamanda qalmaqallı şəkildə boşanıb.
Özcanın birinci evliliyindən Kuzey adlı bir oğlu var.
Qalereya
Oxşar xəbərlər
Alimlərdən yeni kəşflər: isti çay xərçəng riskini artırır, ilan zəhərindən antibiotik hazırlanıb
Alimlər bu həftə qidalanma, yuxu və sağlamlıqla bağlı bir sıra yeni nəticələr əldə ediblər. Araşdırmalarda tam taxıllı məhsulların və süd məhsullarının faydalar...