Özcan Denizdən qardaşına :"Sənə haqqımı haram edirəm!"

Müğənni Özcan Denizlə qardaşı Ercan Deniz arasındakı gərginlik yenidən alovlanıb.
BAKU.WS xəbər verir ki, sənətçi sosial şəbəkədə qardaşı Ercanın fotosunu paylaşaraq ona haqqını halal etmədiyini bildirib.
"Canım qardaşım... Mənə haqqını halal etmisən! Nankorluq etdiyin mən, haqqını taladığın oğlum, ayırmağa çalışdığınız həyat yoldaşım və 35 ildir bu sektordan qarnını doyuran hamıya atdığını şər-böhtana görə minlərlə insanın adından sənə haqqımı haram edirəm".

Xatırladaq ki, Ercan açıqlamalarından birində "Özcan hansı ailə üzvünə baxıb ya ona pul göndərib? Uşaqlarıma və ailəmə özüm baxıram. Özcan Deniz 19 yaşında Almaniyaya getdi. Daha sonra 25 yaşında qayıtdı. Bu qədər il ailəmizə kim baxıb? Onun qazancının yüzdə 15 faizini alsaydım indi varlı adam idim. Evdə Samarın söz haqqı yoxdur. Şirkətlərin hamısı bacımın adına idi. Onun üçün dğru olanı etməyə çalışıram. Amma o, qardaşım 150 milyonumu oğurladı" - deyə bildirib.
Oxşar xəbərlər
Tramp: 10 gün ərzində razılıq əldə olunmasa, sanksiyalar gələcək
ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasındakı münaqişənin nizamlanması ilə bağlı Vaşinqtonun 10 günlük vaxt verdiyini bəyan edib. Əks halda, ABŞ adm...