Özcan Deniz anasını şantaj edir: "Həyatım təhlükə altındadır"
15
fev
2025
12:52
Məşhur müğənni Özcan Denizlə bağlı xoşagəlməz xəbərlər yayılıb.
BAKU.WS xəbər verir ki, sənətçinin anası Kadriye Denizi şantaj etdiyi bildirilib.
Bu barədə jurnalist Uğur Kotan məlumat yayıb.
Onun sözlərinə görə, Özcan anasının evinə gedərək onu təhdid edib.
Uğura isə bu barədə Kadriyenin vəkili Rukiye Moray Eruzundal bildirib.
O qeyd edib ki, müvəkkilinin həyatı təhlükə altındadır.
Onun evində xüsusi mühafizəçisi yoxdur. Bu səbəbdən məhkəməyə müraciət edərək Özcan Deniz və həyat yoldaşı Samar Dadqar barəsində uzaqlaşdırma qərarı çıxarılmasını tələb edib.
Oxşar xəbərlər
Bağdad İraq Kürdüstanının Baş nazirinin ofisinə hücumla bağlı İrandan izahat tələb edib
İraqın xarici işlər naziri Fuad Hüseyn İranın İraq Kürdüstan Regionunun Baş naziri Məsrur Bərzaninin ofisinə hücumla bağlı rəsmi izahat verməsini istəyib. BAKU....