Nyu-Yorkda qanunsuz miqrantlara dəstək aksiyalarında 65 nəfər saxlanılıb
ABŞ-nin Nyu-York şəhərində miqrantlara dəstək məqsədilə keçirilən aksiyada 65 nəfər saxlanılıb.
BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, etirazçılar Miqrasiya və Gömrük Nəzarəti İdarəsinin (ICE) qanunsuz miqrantları saxlamasına etiraz edib. Minlərlə insan Manhettendə yerləşən Foley Meydanında toplaşıb.
Etirazçılar "Bu irqçi sistem dağılmalıdır!" kimi şüarlar səsləndirib, plakatlar qaldırıb və yolları bağlayıblar.
Aksiyalar axşam saatlarında nəzarətdən çıxıb. Etirazçılar polislərə müxtəlif əşyalar atıb, polis isə onlara bibər qazı ilə müdaxilə edib. Nəticədə 65 nəfər saxlanılıb. Onlar "ictimai asayişi pozmaqda" ittiham olunurlar. Sayın artacağı da bildirilir.
Nyu-Yorkdakı aksiyalarla eyni vaxtda San-Fransisko, Sietl və Çikaqo kimi şəhərlərdə də oxşar aksiyalar keçirilib.
Oxşar xəbərlər
İran İsraildəki hərbi və aerokosmik obyektlərə zərbələr endirdiyini bildirib
İran hərbçiləri Hayfa və Tel-Əvivdəki iri şirkətlərə məxsus obyektlərə zərbələr endirib. BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, bu barədə İran Silahlı Qüvv...