Niderland F-16 qırıcılarının son partiyasını Ukraynaya göndərib
Niderland F-16 qırıcılarının son partiyasını Ukraynaya göndərib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Krallığın Müdafiə Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, təyyarələr Şimali Brabant əyalətindəki Volkel aviabazasından çıxıb və onların Ukraynaya verilməsi üçün hazırlıqların aparılacağı Belçikaya uçub. Krallığın Müdafiə Nazirliyinin rəhbəri Ruben Brekelmans F-16-ların göndərilməsində iştirak edib.
"Ancaq indi biz F-35-ə keçidlə vidalaşarkən, mən Ukraynadan daha yaxşı yer təsəvvür edə bilməzdim. Rusiyanın gündəlik hava hücumlarına görə, F-16-lar Ukrayna üçün həyati əhəmiyyət kəsb edir. Bu, onlara və bizə Rusiyanın təcavüzünün qarşısını almağa imkan verir", - nazir deyib.
O bildirib ki, dinc dövrdə bu qırıcılara təlimə illərlə tələb olunur, lakin ukraynalı pilotlar və texniklər bu təyyarələri "rekord müddətdə" mənimsəyə biliblər.
Müdafiə Nazirliyi Niderlandın Ukraynaya ümumilikdə 24 qırıcı göndərdiyini qeyd edib. Onlar həmçinin F-16-ya xidmət üçün lazım olan hər şeyi - ehtiyat hissələri, döyüş sursatı və yanacaqla təmin etməyə davam edəcəklər.
Oxşar xəbərlər
Tehranda 10 milyon insan su qıtlığı ilə üz-üzə qaldı
İran paytaxtı Tehranda içməli su ehtiyatları tükənmək üzrədir. BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, İran dövlət mediasının məlumatına görə, şəhərin...