Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb?

Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb?
Foto
Dünya 24

Məşhur futbolçu Mauro İkardinin sürücülük hüququ müvəqqəti məhdudlaşdırılıb.

BAKU.WS xəbər verir ki, Argentina Nəqliyyat Nazirliyi onun sükan arxasında çəkilən görüntülərinin yayılmasından sonra onun sürücülük vəsiqəsi məlumatlarını yoxlayıb.

Yoxlama zamanı futbolçunun vəsiqəsinin müddətinin bitdiyi məlum olub.

Məlumata görə, İkardin cəza sistemində 2099-cu ilə qədər nəqliyyat vasitəsini idarə etməkdən kənarlaşdırıldığı qeyd edilib.

Lakin Nazirlik bu qadağanın daimi olmadığını vurğulayıb.

Sənədlərə yazılan 2099-cu il tarixi şərti xarakter daşıyır və futbolçu sürücülük vəsiqəsini yenilədikdən sonra tətbiq edilən məhdudiyyətə yenidən baxılacaq.

Mauro İkardinin sürücülük vəsiqəsi 2099-cu ilə qədər əlindən alınıb?

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər