Kanada ABŞ-dən idxal edilən məhsullara 25% gömrük rüsumu tətbiq edəcək

Kanada Baş naziri Castin Trüdo ölkəsinin bu gündən etibarən ABŞ-dən idxal olunan məhsullara 25% gömrük rüsumu tətbiq edəcəyini açıqlayıb.
BAKU.WS xəbər verir ki, Trüdo bu qərarın ABŞ Prezidenti Donald Trampın Kanada və Meksikadan edilən idxala gömrük tarifləri tətbiq etməsinə cavab olaraq verildiyini bildirib.
"ABŞ-nin gömrük tarifləri qüvvəyə minərsə, Kanada da dərhal buna eyni səviyyədə cavab verəcək", – deyə Trüdo vurğulayıb.
O, ABŞ bu qərarını ləğv etməyənə qədər Kanadanın tariflərinin qüvvədə qalacağını və əlavə iqtisadi tədbirlərin də nəzərdən keçirildiyini bildirib.
Xatırladaq ki, Donald Tramp dünən Kanada və Meksikadan idxal edilən məhsullara 25% gömrük rüsumunun tətbiq olunacağını elan etmişdi.
Oxşar xəbərlər
Alişandan ETİRAF: "Həyat yoldaşına itaət edəcəksən, rahat edəcəksən"
"Ailə qurmazdan əvvəl fikirlərim tamam başqa idi. Evlənəndə "Mən həyat yoldaşıma rəfiqələri ilə gəzməyə getməyə icazə verməyəcəm! Bu mümkün deyil!" deyirdim. Bu...
