Səudiyyə Ərəbistanının cənubunda husilərin atdığı üç ballistik raket vurulub
02
okt
2026
23:12
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya Yəmənin "Ənsar Allah" hərəkatı (husilər) tərəfindən krallığın cənubundakı Xamis-Muşayt şəhərinə doğru atılmış üç ballistik raketi zərərsizləşdirib.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə Səudiyyə Mətbuat Agentliyi məlumat yayıb.
"Koalisiya husilər tərəfindən Xamis-Muşayt istiqamətində atılmış üç ballistik raketi zərərsizləşdirib", - məlumatda qeyd olunub.
Yaralılar və ya dağıntılar barədə məlumat verilməyib.
Oxşar xəbərlər
Fizika üzrə Nobel mükafatının builki laureatı açıqlandı
2026-cı il üzrə Fizika sahəsində Nobel mükafatının sahibi bəlli olub. BAKU.WS xəbər verir ki, mükafata belçikalı fizik Francis Halzen layiq görülüb. Halzen bu n...