Bakının bəzi ərazilərində işıq olmayacaq
Yeniliklərdən dərhal xəbərdar olun
Suraxanı rayonunun bəzi ərazilərində təmir işləri ilə əlaqədar elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
BAKU.WS xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb.
Elektrik enerjisinin verilişinin keyfiyyətini artırmaq və artan tələbatı qarşılamaq məqsədilə oktyabrın 3-də Suraxanı rayonunda 6 kV-luq hava xəttində təmir işləri aparılacaq.
Təmir işləri ilə əlaqədar Hövsan qəsəbəsinin "Kondisioner bağları" yaşayış massivində saat 09:00-dan 13:00-dək elektrik enerjisinin verilişi müvəqqəti dayandırılacaq.
Təmir işləri başa çatdıqdan sonra həmin ərazidə yaşayan abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar.
Oxşar xəbərlər
Taksi minik avtomobili sürücülərinin test imtahanı dekabrın 3-də keçiriləcək
Dövlət İmtahan Mərkəzi xüsusi hazırlıq keçmiş taksi minik avtomobili sürücüləri üçün 3 dekabr tarixində imtahan keçirəcək. BAKU.WS xəbər verir ki, bu barədə Mər...