Gecədən etibarən bu yollarda hərəkət məhdudlaşdırılacaq
Yeniliklərdən dərhal xəbərdar olun
21 noyabr tarixində saat 23:00-dan 05:45-dək metronun "Koroğlu" stansiyasından hava limanı istiqamətində yol hərəkəti təhlükəsizliyinin təkmilləşdirilməsi işləri aparılacaq. Bununla əlaqədar, qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq və alternativ istiqamətlər üzrə təşkil ediləcək.
BAKU.WS xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi məlumat yayıb.
Bildirilib ki, şəhərin mərkəzindən aeroport istiqamətinə isə alternativ yol olaraq metronun "Koroğlu" stansiyasının yanından Bakıxanov qəsəbəsi, Elşən Mehdiyev küçəsinə daxil olmaqla Yavər Əliyev, Səttar Bəhlulzadə, Xanlar Ələkbərov, İmaddədin Nəsimi və Əli İsaqzadə küçələrindən, bununla yanaşı 8 Noyabr prospektindən Zığ şosesinə keçməklə hərəkət edə bilərlər.
Oxşar xəbərlər
Qusarda hoteldə təlim keçirildi
FHN-in Şimal Regional Mərkəzinin təşkilatçılığı ilə Qusar rayonunda yerləşən "Deluxe Park Qusar Resort & Spa" hotelində təlim keçirilib. Bu barədə BAKU.WS-ə FHN...