İstanbul Hava Limanı Hitrounu geridə qoydu
İstanbul Hava Limanı OAG-nin "Megahubs 2026" indeksində London Hitrounu geridə qoyaraq dünyanın ən yaxşı bağlantıya malik hava limanı seçilib.
BAKU.WS xəbər verir ki, hava limanı ildə 84 milyondan çox sərnişinə xidmət göstərir və gələcəkdə bu göstəricinin 200 milyona çatdırılması planlaşdırılır. İstanbul Hava Limanının geniş uçuş şəbəkəsi, Türk Hava Yollarının fəaliyyəti və üç uçuş zolağından eyni vaxtda istifadə imkanının onun əsas üstünlüklərindən olduğu bildirilir.
Qeyd olunub ki, hava limanında ümumilikdə doqquz uçuş zolağının yaradılması nəzərdə tutulur. OAG analitikləri İstanbulun yaxın illərdə də qlobal aviasiyada lider mövqeyini qoruyacağını gözləyirlər.
Oxşar xəbərlər
Yəməndə 184 mindən çox insan evini tərk edib
Yəməndə davam edən qarşıdurmalar səbəbindən avqustun 1-dən etibarən 184 mindən çox insan yaşadığı ərazini tərk etmək məcburiyyətində qalıb. BAKU.WS xəbər verir...