İspaniya və Çin alimləri siçanlarda Alzheimeri yox etməyə nail olub

İspaniya və Çin alimləri siçanlarda Alzheimeri yox etməyə nail olub
Dünya 38

İspaniya və Çin alimləri siçanlarda Alzheimer xəstəliyini geri çevirməyə imkan verən yeni bir terapiya üsulu inkişaf etdiriblər.

BAKU.WS xəbər verir ki, Tədqiqat Barcelona Kataloniya Biomühəndislik İnstitutu (IBEC) və Çin Sichuan Universitetinin Batı Çin Xəstəxanası ilə birgə aparılıb.

Ənənəvi üsulların əksinə, alimlər sinir hüceyrələrini deyil, beynin qan-beyin baryerini bərpa etməyə fokuslanıblar.

Təcrübədə siçanlara üç doza nanoparçacıq verilib. Nəticədə, bir neçə saat ərzində beyindəki beta-amiloid (Aβ) yığılması 50–60% azalıb və Alzheimer simptomları tamamilə yox olub. Siçanların yaddaş və düşünmə qabiliyyəti isə sağlam siçanlarla eyni səviyyəyə çatıb.

Nanoparçacıq LRP1 adlı proteini təqlid edərək amiloidləri tanıyır, onlara bağlanır və onları qan-beyin baryerindən keçirərək beyindən çıxarır. Bu üsul beyində toksinlərin təmizlənməsini bərpa edir və qan damarlarının normal işləməsini təmin edir.

Nəticələr Signal Transduction and Targeted Therapy jurnalında yayımlanıb. Alimlər isə xəbərdarlıq edirlər ki, siçanlarda əldə olunan uğur insanlarda eyni nəticəni verə bilər deyə zəmanət yoxdur və klinik tətbiqlərə başlamazdan əvvəl təhlükəsizlik və dozaj məsələləri diqqətlə araşdırılmalıdır.

Son xəbərlər