İran bu səbəbdən Donald Trampa xəbərdarlıq etdi

İran bu səbəbdən Donald Trampa xəbərdarlıq etdi
Dünya 60

İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İranı "daş dövrünə qaytarmaq" təhdidinin genişmiqyaslı nəticələrə səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

BAKU.WS "Tasnim"ə istinadən xəbər verir ki, o bu barədə "X" hesabında paylaşım edib.

"İndiki dövrlə Daş dövrü arasında bir təəccüblü fərq var: o dövrdə Yaxın Şərqdə neft və ya qaz hasilatı yox idi" -deyə Əraqçi vurğulayıb.

Qeyd edək ki, Tramp xalqa müraciətində bildirib ki, ABŞ yaxın iki-üç həftə ərzində İran ərazisinə yeni güclü zərbələr endirə bilər.

"Daha sarsıdıcı zərbələr endirəcək, İranı Daş dövrünə qaytaracaq" - deyə bildirib.

Trampın sözlərinə görə, İran Yaxın Şərq üçün artıq təhdid deyil.

Siyasətçi həmçinin qeyd edib ki, Amerika İrandakı əməliyyatın əsas məqsədlərinə çatmaq üzrədir.

Son xəbərlər