iPhone 16 modelləri Türkiyədə satışa çıxan kimi uzun növbələr yarandı - QİYMƏTLƏR
"Apple"ın son məhsulu olan iPhone 16 və onun modelləri sentyabrın 20-də Türkiyədə satışa çıxarılıb. Satışdan sonra mağazanın girişində uzun növbələr yaranıb.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, hər yeni iPhone modelində olduğu kimi, növbəyə duranların əksəriyyətinin telefon satıcıları olduğu ortaya çıxıb.
Məlumata görə, Apple-ın ən yeni modelləri mağazanın qapısında saatlarla gözləyən texnologiya həvəskarlarını və fürsətçiləri qarşılayıb. Türkiyədə xüsusilə iPhone 16 Pro Max modeli həm 256 GB, həm də 1 TB yaddaş variantları ilə böyük diqqət çəkib. "Apple"ın ən bahalı modeli olan bu cihazların satışları qısa zamanda tükənərkən, satış qiymətləri 64 min 999 lirə (3188 manat) ilə 119 min 999 lirə (5975 manat) arasında dəyişib.
Gərgin tələbatı fürsətə çevirmək istəyən bəzi telefon müştəriləri öz tanışlarını növbəyə salıb. Telefon satıcısının yaxınları vasitəsilə 50-dən çox iPhone 16 Pro Max aldığı öyrənilib. "Apple" mağazalarından və ya internet saytından sifariş edənlərin 6 həftə sonra cihazlarına qovuşacaq. Telefon mağazalarından dərhal almaq istəyənlər 1 TB 16 Pro Max üçün 140-145 min TL (6 971.10 manat) ödəməlidir.
Oxşar xəbərlər
Rusiyada dəhşətli qəza: Avtomobil aeroport yolunda iki yerə bölündü
Rusiyanın Soçi şəhərinin Adler rayonunda hava limanı yaxınlığında baş verən yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobili iki hissəyə bölünüb. BAKU.WS xəb...