Hitler: rəssam, yoxsa qatil? Onun sərvəti nə qədər idi?

Hitler: rəssam, yoxsa qatil? Onun sərvəti nə qədər idi?
Dünya 82

Adolf Hitler, dünya hökmranlığı ideyası ilə "Deutschland über alles" ("Almaniya hər şeydən üstündür") düşüncəsi ilə ovsunlanmış biri idi. Və güman edilir ki, o, şəxsi mənfəət əldə etməyə çalışmayan bir adam olub- heç olmasa bəzi tabeçiliyində olanlar qədər açıq şəkildə şəxsi zənginlik arzusunda olmayıb.

BAKU.WS Adolf Hitler haqqında bilmədiklərinizi sizə təqdim edir.

Hitlerin var-dövləti: Führerin nə qədər pulu var idi?

Hitlerin hakimiyyət hərisliyi onun bütün digər istəklərinin qarşısını kəsmişdi.

Bir rəssam var idi…

Hitler gəncliyində rəssam kimi özünü reallaşdıra bilməyib, lakin müasir rəngkarlıq və qrafika mütəxəssisləri qeyd edirlər ki, onun akvarel əsərləri nisbətən yaxşı sayıla bilər. Adolf iki dəfə Vyana İncəsənət Akademiyasına qəbul imtahanından kəsilib. Lakin çox keçmədən bəxti gətirir. Reinhold Haniş adlı biri onun 20 yaşlı rəssamlıq istedadına "prodüserlik" etməyi qəbul edir. Əsasən gələcək führer köhnə poçt kartlarını və qravüraları kopyalayırdı. O, həmçinin reklam lövhələrinin tərtibatı ilə də pul qazanırdı. Gənc rəssam tezliklə himayəçisindən qurtulur, çünki Hanişin onun bir rəsmini oğurladığını sübut edir. Himayəçi bir həftə həbsdə yatır və daha sonra Hitlerin həyatından tamamilə yox olur.

1911-ci ildə Adolfun xalası onun üçün xeyli miqdarda miras qoyur və onun artıq bir tikə çörək pulu qazanmaq haqqında düşünməsinə ehtiyac qalmır. O, heç bir maliyyə çətinliyi yaşamadan həyatın dadını çıxarır və yalnız rəsmlə məşğul olurdu. Eyni zamanda, bir çox həmyaşıdları kimi siyasətlə də maraqlanırdı.

Birinci Dünya Müharibəsinin başlanması xəbəri onu sevindirir - Sənətdən siyasətə

O, dərhal Bavyera ordusunun bir alayına yazılır. Hitler 8 oktyabr 1914-cü ildə Bavyera kralı III Lüdviqə və imperator Frans İosifə sadiqlik andı içir və Qərb cəbhəsinə göndərilir. Yser çayı və Ypres şəhəri ətrafındakı döyüşlərdə iştirak etdikdən sonra (1 noyabr 1914-cü il) ona kapral rütbəsi verilir. Adolfun silahdaşları onu cəsur bir əsgər kimi xarakterizə edirdi, çətinliklər qarşısında əyilmədiyini qeyd edirdilər. O, alman İmperiyasının kapitulyasiyasını yaralandıqdan sonra hospitalda, müalicə aldığı zaman öyrənir. Həmin dövrdə Hitlerin maliyyə vəziyyəti haqqında heç bir məlumat olmasa da, rəssamlıq sənətindən əl çəkmək istəmədiyi məlum idi. Münhendə inqilabi əhval-ruhiyyə alovlanırdı. O, həmçinin məşhur rəssam Ferdinand Stegerlə yaradıcılıq qabiliyyətini müzakirə edirdi. Ferdinand Steger Adolfun əsərlərində "tamamilə qeyri-adi istedad" görmüşdü.

1919-cu ildən etibarən Hitler Almaniyanın silahlı qüvvələrində - Reyxsvər - siyasi təbliğatçı kimi işləməyə başlayır. Elə həmin il Alman Fəhlə Partiyasına (AFP) üzv olur. Hitler artıq bütün həyatını sənətə deyil, siyasətə həsr edir.

Hitlerin "Mübarizəsi" ona milyonlar qazandırdı

1920-ci illərin əvvəllərindən etibarən Hitler partiya aksiyalarının geniş miqyaslı təşkilatçısına çevrilmişdi və Almaniya Milli Sosialist Fəhlə Partiyasında liderliyə can atırdı. Partiyanın fəaliyyəti xaricdəki xeyriyyəçilər tərəfindən maliyyələşdirilirdi, partiyanın kursuna rəğbət bəsləyənlər onlara dəstək olurdular.

Daha sonra, NSDAP tərəfdarlarının Bavyera hökuməti ilə silahlı toqquşması - məşhur "Pivə üsyanı" - nəticəsində Hitler doqquz ay müddətinə həbsə düşür. Lakin məhz həbsxanada olarkən o, özünün məşhur "Mein Kampf" ("Mənim mübarizəm") kitabını yazır. Deyilənə görə, bu əsərin böyük tirajlarda nəşr edilməsi partiyanın hakimiyyətə gəlməsinə xeyli kömək etmişdi. 1920-ci illərin sonlarında Hitler Alman sənaye maqnatlarının maliyyə dəstəyini əldə edir. Onlar nasistləri səxavətlə maliyyələşdirirdilər.

Belə bir fikir var ki, Hitlerin və partiyasının maliyyə sabitliyini "Mein Kampf" təmin edib. Tarixçilər hələ də müəllifin sağlığında bu kitabın çoxsaylı tirajlarının nə qədər gəlir gətirə biləcəyini düşünürlər.

Halbuki 1940-cı illərin əvvəllərində əldə etdiyi qeyri-məhdud hakimiyyət ona şəxsi zənginləşmə üçün geniş imkanlar verirdi…

Son xəbərlər