Azərbaycanda işdən çıxarılan şəxslər bu halda hər ay pul ala bilər
Azərbaycanda işindən ixtisar, müəssisənin ləğvi və ya əmək müqaviləsinin müddətinin bitməsi səbəbilə işini itirən şəxslərə işsizlikdən sığorta ödənişi təyin edilir.
BAKU.WS-in məlumatına görə, bu ödəniş, sığorta hadisəsi baş verdikdə vətəndaşın əvvəlki gəlirinin bir hissəsini kompensasiya etmək məqsədi daşıyır.
Kimlər müraciət edə bilər?
Əmək Məcəlləsinin müvafiq maddələri ilə (70-ci maddənin a və b bəndləri, 68-ci maddə, 74-cü maddə və s.) işdən azad olunan, habelə dövlət orqanlarının ləğvi və ya ştat azaldılması ilə işini itirən şəxslər sığorta ödənişi almaq hüququna malikdir. Müraciət edən şəxs ilk növbədə DOST və ya Dövlət Məşğulluq Agentliyində işsiz kimi qeydiyyata alınmalıdır.
Ödəniş necə hesablanır?
Sığorta ödənişi vətəndaşın əvvəlki orta aylıq əməkhaqqının 50 faizi əsasında müəyyən edilir. Ödənişin məbləği ölkədə əvvəlki ilin orta əməkhaqqı həddindən çox, minimum həddən isə az ola bilməz.
Müddət nə qədərdir?
İlk müraciət zamanı - 6 ay
Təkrar müraciət zamanı - 3 ay (yalnız minimum məbləğlə)
Əgər şəxs müqavilə müddətinin başa çatması ilə işindən ayrılıbsa, ona ödəniş 3 ay müddətinə verilir. Təkrar ödəniş bu kateqoriyaya şamil edilmir.
Sığorta ödənişi alan şəxsin himayəsində 18 yaşına çatmamış uşaqlar varsa, hər bir uşaq üçün əsas məbləğin 5 faizi məbləğində əlavə verilir. Ailədə həm ər, həm də arvad sığorta ödənişi alırsa, bu əlavə yalnız birinə tətbiq olunur. Mütəxəssis qrup halında məzuniyyətə buraxılan işçilərə isə 1,2 əmsalı tətbiq edilir.
Qeyd edək ki, ödəniş, sığorta olunan şəxs məşğulluq proqramının tələblərinə əməl etmədikdə, işə düzəldikdə və ya qanunvericilikdə göstərilən digər hallarda dayandırıla bilər. Bu ödənişin əsas məqsədi işini itirən şəxslərə keçid dövründə sosial dəstək göstərmək və onları əmək bazarına qayıtmağa təşviq etməkdir.
Orxan Hüseyn
Oxşar xəbərlər
Elektrik avtomobili olan şəxslərə XƏBƏRDARLIQ
Dünyada elektriklə işləyən avtomobillərin populyarlığı sürətlə artır, lakin ekspertlər xəbərdarlıq edirlər ki, bu nəqliyyat vasitələri kiberhücumlara qarşı həss...