Bakıda su borusunda baş verən qəza aradan qaldırıldı
Sabunçu rayonunun Yefim Saratov küçəsində su axıntısı aradan qaldırılıb.
Bu barədə BAKU.WS-ə ADSEA-nın mətbuat xidmətindən məlumat verilib.
Həmçinin bildirilib ki, sözügedən xətt bərpa edilib.
***11:45
Sabunçu rayonunun Yefim Saratov küçəsində içməli su borusu partlayıb.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, bir həftəyə yaxındır küçədə içməli su asfalt boyunca axır.
Sakinlərin sözlərinə görə, borular tez-tez partlayır, nəticədə içməli su küçələrə axır, yol çökür və evlər nəmlənir.
"Hadisənin dəfələrlə təkrarlanmasına baxmayaraq, peşəkar müdaxilə aparılmır. Evlərə ziyan dəyməsin deyə hər dəfə problemi sakinlər özləri aradan qaldırmağa məcbur qalır", - deyə şikayətçi vurğulayıb.
Ərazidən kadrları təqdim edirik:
Banu Hüseynli
Oxşar xəbərlər
Bakıda faciəvi şəkildə ölən ər-arvadın - Fotosu
Bakıda ər və arvad dəm qazından zəhərlənərək ölüb. BAKU.WS "Qafqazinfo"ya istinadən xəbər verir ki, 1969-cu il təvəllüdlü Ayət Məmmədov və həyat yoldaşı, 1976-c...