Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Yanvar ayından...

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Yanvar ayından...
Foto Açıqlama
Sosial 60

"Bahalaşma tendensiyası son üç il boyu aktiv və dinamik şəkildə davam edib. Hesablamalara görə, əvvəlki aya nisbətən ortalama 1-1,5 faiz, bəzi yerlərdə isə təməl (katlavan) tikililərdə 3 faizə qədər bahalaşma müşahidə olunur".

Bunu BAKU.WS-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri Vüqar Oruc deyib.

Onun sözlərinə görə, bu tendensiya ilin sonuna qədər davam edir və son dövrlərdə qiymət artımına təsir göstərən amillər enerji pasportlarının olmas, habelə söküntü proseslərinin aktuallaşması və Bakı Şəhər Baş Planının həyata keçməsi istiqamətində fəaliyyətin daha da genişlənməsidir:

"Eyni vaxtda daşınmaz əmlak bazarının iqtisadiyyatımızın güclənməsi və manatın alıcılıq qabiliyyətində baş verən illik dəyişikliklə bağlı proseslərdir. Yəni bazarda hazırda daşınmaz əmlaka olan tələb əsasən kirayə seqmentindədir və sökülən binalarda yaşayan insanlarımız müvəqqəti olaraq kirayə bazarına müraciət edirlər. Həmçinin kompensasiya ala bilən vətəndaşlarımız da daşınmaz əmlak bazarına yeni mənzillərin alınması üçün müraciət ünvanlayırlar.

İpoteka və Kredit Zəmanət Fondunun da dövrü olaraq ayırdığı kreditlər il boyu müxtəlif vətəndaşlar tərəfindən banklara və fonda müraciətlə nəticələnir. Bu özü də daşınmaz əmlak bazarında fəallıq və aktivliyinin artmasına səbəb olub".

Ev almaq istəyənlərin NƏZƏRİNƏ - Yanvar ayından...

AQC sədri hesab edir ki, ilin sonuna qədər qiymətlərin artım tendensiyası davam edəcək.:

"Növbəti il üçün müəyyən fərqli proqnozlar verilə bilmir. Amma hər şey ümumi iqtisadi vəziyyətdən asılı olacaq.

Son araşdırmalar göstərir ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə torpaq 18 faiz, qeyri-yaşayış sahələri 14 faiz, fərdi yaşayış evləri 14,5 faiz, köhnə tikililər 11,5 faiz, yeni tikililər 16,3 faiz təməldən tikililər 17,4 faiz bahalaşıb. Daşınmaz əmlakın ortalama bahalaşma qiyməti isə 15 -16 faiz arasındadır.

Abşeron yarımadasının istənilən yerində fərqli qiymətlərdir, yəni artım tendensiyasındakı fərq infrastruktur və tələbatla bağlıdır. Hər ay daşınmaz əmlakın növlərindən asılı olaraq onun qiyməti bir kvadratına görə 70-120 manat arası bahalaşır".

Orxan Hüseyn

Son xəbərlər