Sözünün arxasında dayanan bürclər açıqlanıb

Sözünün arxasında dayanan bürclər açıqlanıb
Sosial 124

Astroloqlar söz verib yerinə yetirmə xüsusiyyəti ilə seçilən ən etibarlı bürcləri açıqlayıb. Mütəxəssislərin fikrincə, bu bürclərin nümayəndələri verdikləri sözü prinsip kimi qəbul edir və vədlərdən yayınmağı özlərinə yaraşdırmırlar.

BAKU.WS xəbər verir ki, sözünün ağası olan bürclər bunlardır:

Oğlaq – məsuliyyətli və prinsipial xarakteri ilə tanınan Oğlaqlar başladığı işi sona çatdırmağa və verdiyi sözü mütləq yerinə yetirməyə çalışırlar. Onlar üçün etibar hər şeydən önəmlidir.

Buğa – stabil və güvənilən xarakterə malik Buğalar vədlərinə sadiqliyi ilə seçilirlər. Söz verməzdən əvvəl yaxşı düşünür, amma dedilərsə, mütləq edirirlər.

Əqrəb – münasibətlərdə dürüstlüyə böyük önəm verən Əqrəblər verdikləri sözün arxasında dayanmağa çalışırlar. Onların etibarını qazanmaq çətin olsa da, sözlərinə güvənmək mümkündür.

Qız – detallara diqqətli və planlı olan Qız bürcü nümayəndələri söz verdikdə onu vaxtında və dəqiq şəkildə yerinə yetirməyə üstünlük verirlər.

Astroloqlar bildirir ki, bu bürclər verdikləri vədləri şəxsi məsuliyyət məsələsi kimi qəbul etdikləri üçün daha etibarlı hesab olunurlar.

Son xəbərlər