Burun əməliyyatına sağlam girib iflic olaraq çıxdı: Cərrah isə aparatın işləmədiyini deyir
Bu ilin aprel ayında Bakıda "MedAura" Klinikasında rinoplastika əməliyyatı etdirən 34 yaşlı Nigar Budaqlı düz altı aydır yataq xəstəsidir.
"Qalmışıq çıxılmaz vəziyyətdə, nə maraqlanan var, nə soruşan. İndi də yenə əməliyyat olunacaq, nə qədər pul lazımdır. 10 min, 20 min pul lazımdır. O da yoxdur".
Bu sözləri əməliyyatdan sonra yataq xəstəsinə çevrilən Nigar Budaqlının anası Mənsurə Budaqova Baku TV-yə açıqlamasında deyib.
Nigar hazırda yataqda hərəkətsiz vəziyyətdədir.
Ailənin sözlərinə görə, o, əməliyyata tam sağlam girib. Lakin əməliyyatdan sonra vəziyyəti kəskin şəkildə pisləşib və ona iflic diaqnozu qoyulub. Xəstə yaxınları iddia edirlər ki, əməliyyat zamanı Nigarın beyni 17 dəqiqə oksigensiz qalıb.
Anestezioloq vəzifəsini icra edən Cəmilə Əliyeva bildirib ki, xəstənin bu vəziyyətə düşməsinə səbəb əməliyyatı edən həkim-cərrah Yaqub Əsədi olub. Bununla bağlı videogörüntü olduğunu da qeyd edib.
Yaqub Əsədi isə aşağıdakıları deyib:
"Aparatın bütün parametrləri, aparata qoşma, əməliyyatdan öncəsi, sonrası, hamısı onun işidir, onun səlahiyyətləridir. Cərrahın səlahiyyətləri deyil. Videogörüntülərdə görünür ki, narkoz aparatı işləməyib".
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:
Oxşar xəbərlər
Abşeronda kəskin qaz qoxusunun səbəbi nədir? - "Azəriqaz"dan açıqlama
Abşeron rayonu, "Gənclər Şəhərciyi"nin sakinləri ərazidəki kəskin qaz qoxusundan şikayətçidirlər. Verilən məlumata əsasən, təhlükəsizlik səbəbi ilə əraziyə qazı...