Adolf Hitler Uunona prezident seçkilərində namizəd oldu
Yeniliklərdən dərhal xəbərdar olun
Namibiyada 59 yaşlı Adolf Hitler Uunona ikinci yerli seçki qələbəsinə hazırlaşır. Ompundja seçki bölgəsindəki əvvəlki uğurundan sonra, adının Adolf Hitler ilə eyni olması səbəbindən beynəlxalq mətbuatın diqqətini çəkib.
BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, Uunona solçu Svapo partiyasının üzvüdür. 2020-ci ildə ilk seçkilərində bölgəsində səslərin təxminən 85%-ni qazanmışdı. Yeni seçkidə də onun qələbə çalacağına inanırlar.
Uunonanın atası 2020-ci ildə Almaniyanın "Bild" qəzetinə müsahibəsində uşaqlığında bu adı tamamilə normal hesab etdiyini demişdi. Bildirib ki, həyat yoldaşı ona "Adolf" deyə müraciət edir.
Qeyd edək ki, Uunona isə ictimaiyyət qarşısında "Hitler" hissəsini istifadə etmir.
Oxşar xəbərlər
32 yaşlı opera müğənnisi atasının 73 yaşlı dostu ilə evləndi
Honkonqda tanınmış opera müğənnisi Yemina Yu Çun-yan özündən 41 yaş böyük, keçmiş siyasətçi Lo Vay Kvokla ailə həyatı qurub. BAKU.WS xəbər verir ki, "AsiaOne" n...